Bəyənməz (Qazaq Abdal)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bəyənməz (Qazaq Abdal)
Müəllif: Qazaq Abdal
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Ormanda böyüyən adam azğını
Çarşıda, bazarda insan bəyənməz.
Mədrasə qaçqını, süfirə pozğunu
Salam verməyə dərvişan bəyənməz.

Elin qapısında qaravaş olan,
Bumnu fırtıqlı, gözü yaş olan,
Bayramdan bayrama bir təraş olan,
Bərbəra gəlib də dükkan bəyənməz.

Aləmə daş atar yanma varsan,
Səni yamldır bir məsələ sorsan.
Bir cim çıxmaz əgər qamını yarsan,
Camiyə gələr də ərkan bəyənməz.

Bir çubuğu vardır qayət kiçicik
Ağlınca kəndinə keyf gətirəcək.
Qınx çanağı yox, ayran içəcək
Qəhvəyə gəlib də fincan bəyənməz.

Yaz olunca yayla-yayla köçənlər,
Toppuz qorxusundan şəhrə qaçanlar,
Meşə yarpağım qınb içənlər,
Rumel Y enicəsi duxan bəyənməz.

Əslində, nəslində geymemiş xara
İş gəlməz əlindən, getməz bir kara.
Sandığı köynəksiz duran məkkara
Bədəstana gələr, qaftan bəyənməz.

Qazaq Abdal söylər bu dürlü sözü
Yoğurt ayran ilə hal olmuş özü.
Köydən şəhərə gəlsə bir türkün qızı
İnci, yaqut istər, mərcan bəyənməz.