Bəzən bir cümlə söz bütün ömrü ifadə edir

Bəzən bir cümlə söz bütün ömrü ifadə edir! (1997)
Müəllif: RAUF CAVAD

Bəzən bir cümlə söz bütün ömrü ifadə edir!
Bir kəlmə söz cümlə aləmlərə iradə edir!

Əcəb şipşirindir şərbət içsə kim öz qədərin,
İnsanı meyxoş edən şirin istifadə edir.

Çağırır ölüm Aşiqini gəl içək salığa,
Söz verib, söz kəsək, gör, hər söz neçə badə edir!?

Süzüb qədəhlərə ölüm şərabın, söyləyir söz,
Qaldırın göylərə əlləri, zikri sadə edir!

Səsləyir həyat müştərini, açmağa sirrini,
İstər kim görə möcüzəni, gəl iadə edir.

Oxu hər kəlməni üz-gözdə fikrə diqqət elə,
Dil-ağızdan çıxan söz, cümləni piyadə edir.

Kəşf eylə əvvəla kəndini, gizli sirr rəngini,
Aləmi dərk eylə ki, nəfs, eşqi amadə edir.

Dili cahil, əqli qafil, gəl oyan ki, ol nail,
Aç qəlbin gözün, gör ki, söz burda nə dadə edir.

Əcəba düşünməzmisən danışarkən sözünü!?
Cümləni söz bəzəyir, davranışı maddə edir.

Rauf, Cəlil Məmmədquluzadə o vaxt nə deyib?!
Yaxşı söz, düzgün əməl, insanı Şahzadə edir! ...Müəllif:Rauf Cavad