Bəzmi-eşq içrə şərabımdır sirişki-laləgun

Bəzmi-eşq içrə şərabımdır sirişki-laləgun
Müəllif: Məhəmməd Füzuli


Bəzmi-eşq içrə şərabımdır sirişki-laləgun,
Qıldı qəm, qəddim büküb, cami-şərabım sərnigun.

Hər tərəf pürxun əliflərdir çəkilmiş köksümə,
Ya havadan mövc urur bağrımdakı dəryayi-xun.

Artırır əyyami-hicranın sirişkim hiddətin,
Müddəti-əyyam mey keyfiyyətin eylər füzun.

Məskən etmiş yar mari-zülfü, çeşmim rəxnəsin,
Pənd vermiş kim, onu, ondan çıxarmaz min füsun.

Qəti-ülfət, qaliba, düşvardır kim, eyləmiş
Nəqşi-Şirin ilə Fərhadı müqəyyəd Bisütun.

Rişteyi-can eylədim peyvənd tari-zülfinə,
Ah kim, çəkməkdə imdad eyləməz bəxti-zəbun.

Ey Füzuli, mən məlamət gövhərinin gənciyəm,
Əjdahadır kim, yatır çevrəmdə zənciri-cünun.