Bәnәfşәyә xitab

Bәnәfşәyә xitab
Müəllif: Mirzəcan Mədətov

Boynu buruq varıb yarın kuyinә,
Dәrdi-dilim söylә yarә, bәnәfşә!
Üzümә bax, rәngi-ruyim hәr nә var
Әrz etgilәn o xunxarә, bәnәfşә!
 
Aparsalar sәni yar otağına,
Qafil olma, bax soluna, sağına,
Üz sürtüb zülfünә, de qulağına,
Salmasın aşiqin narә, bәnәfşә!
 
Sirr ilә üzündә baxgilәn hәr su,
Mәskәn sal telindә, söylә mubәmu,
Görsün ki, cananım olmayıb bәdxu,
Bir xәlәl qat o әğyarә, bәnәfşә!
 
Neylәsin mәn kimi fәqir әndәlib,
Sәn bәnәfşә olsan o gülә hәbib?
Әgәr sәn dә mәnә olasan rәqib,
Görüm günün keçsin qarә, bәnәfşә!

Bundan artıq yoxdur sәnә bir cavab,
Layiq deyil etmәk aşiqә әzab.
İstәrsәn edәsәn dünyada sәvab,
Eylә Mirzәcana çarә, bәnәfşә!