BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi

884 saylı qətnamə (1993)
Müəllif: BMT Təhlükəsizlik Şurası
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, PREZİDENT KİTABXANASI,Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, səhifə 107.


BMT Təhlükəsizlik Şurasının 12 noyabr 1993-cü il 884 saylı Qətnaməsi - Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822, 25 iyul 1993-cü il tarixli 874, 14 oktyabr 1993- cü il tarixli 874 saylı Qətnamələrini təsdiq edərək; ATƏT və Minsk qrupunun yorulmaz səyi çərçivəsində aparılan sülh danışıqlarını tam dəstəkləyərək; ATƏT-in fəaliyyətdə olan Sədrinin məktubunu və əlavələri nəzərə alaraq, Azərbaycan Respublikasında və onun ətrafında konfliktin və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında olan gərginliyin sülh və sabitliyə təhlükə yaratması; atəşkəsin pozulması, o cümlədən Zəngilan rayonu və Horadiz şəhərinin zəbt olunması ilə əlaqədar hərbi əməliyyatların gərginləşməsi ilə bağlı narahatlığını bildirərək; Azərbaycanın və regionda olan digər dövlətlərin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin toxunulmazlığının və ərzinin zəbt edilməsi üçün qüvvədən istifadə edilməsinin yolverilməzliyini təsdiq edərək; Azərbaycanın cənub sərhədlərində yerləşən Zəngilan rayonu və Horadiz şəhərində fövqəladə humanitar vəziyyətin yaranması ilə əlaqədar öz ciddi narahatlığını bildirərək:

1)Hərbi əməliyyatın başlanmasına səbəb olan tərəflərin atəşkəsin son pozulmasını, o cümlədən Zəngilan rayonu və Horadiz şəhərinin zəbtini, mülki əhaliyə hücumu və Azərbaycan Respublikası ərazisinin atəşə tutulmasını pisləyir;

2)Ermənistan hökumətini Azərbaycanın Dağlıq Qarabağ regionun ermənilərinə öz təsirindən istifadə edərək 822 (1993) və, 853 (1993) və 874 (1993) saylı Qətnamələrə riayət etməsinə və hərbi kampaniyaların davam etməməsi üçün vəsaitlərin verilməməsini təmin etməyə çağırır;

3)ATƏT-in Minsk qrupunun 9 nəfərinin bəyanatını məmnuniyyətlə qeyd edir və orada göstərilən atəşkəs haqqında birtərəfli bəyanatı yüksək qiymətləndirir;

4)Maraqlı tərəflərdən hərbi əməliyyat və düşmənçilik aktlarının həmən dayandırılmasını, birtərəfli olaraq Təhlükəsizlik Şurasının «822 (1993) və 853 (1993) Qətnamələrinin həyata keçirilməsilə əlaqədar təxirəsalınmaz tədbirlərin yeniləşmiş qrafikini» və Minsk qrupunun Vyana şəhərində keçirilən 2-8 noyabr 1993-cü ildə keçirilən iclasında qəbul olunmuş dəyişiklikləri nəzərə alaraq hərbi qüvvələrin Zəngilan rayonu və Horadiz şəhərindən və digər işğal olunmuş rayonlardan çıxarılmasını tələb edir;

5)Maraqlı tərəfləri Rusiya Federasiyasının Minsk qrupuna dəstək məqsədi ilə yardımı birbaşa kontakt nəticəsində əldə olunmuş atəşkəsə riayət etməyə və onun daimiliyini və effektliyini təmin etməyə; və münaqişənin həlli yolunda Minsk prosesinin və «Yeniləşmiş qrafik» və ona Minsk qrupunun 2-8 noyabr 1993- cü il tarixli iclasında qəbul etdiyi dəyişikliklər çərçivəsində münaqişənin nizamlanmasına dair danışıqlar və digər mümkün olan bütün yolların axtarışını davam etdirilməsinə təkidlə çağırır;

6)Bu regionda olan bütün dövlətləri münaqişənin böyüməsi, sülh və sabitliyin pozulmasına yönəldilmiş hər hansı bir təcavüzdən və müdaxilədən çəkinməyə təkidlə çağırır;

7)Baş Katibdən və müvafiq beynəlxalq humanitar təşkilatlardan zərər çəkmiş mülki əhaliyə, o cümlədən Azərbaycanın cənubunda yerləşən Zəngilan rayonu və Horadiz şəhərinin əhalisi daxil edilməsi ilə, fövqəladə yardım göstərilməsini, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması və təhlükəsizlik şəraitində yaşamaq üçün köməklik göstərilməsi xahiş olunur;

8)Baş Katibdən, ATƏT-in fəaliyyətdə olan Sədrindən Minsk prosesinin gedişi və yerlərdə olan vəziyyətin bütün aspektləri üzrə, həmçinin bununla əlaqədar ATƏT və BMT-in indiki və gələcəkdəki əməkdaşlığı barəsində Şuraya hesabat verməsi xahiş edilir;

9)Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.

Qətnamə Təhlükəsizlik Şurasının 3313 saylı yığıncağında yekdilliklə qəbul olunmuşdur.

Həmçinin bax

redaktə