Bağışla məni (Şair Məmmədhüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bağışla məni
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Araz Yaquboğlu, "Daşkənd və daşkəndlilər", Bakı, "Hərbi Nəşriyyat", 2012.

Günahım əfv eylə, şahların şahı,
Əvvəl o mövlaya bağışla məni.
Ərş üzündə zinətdi əflakı lalək,
Zinəti məleykəyə bağışla məni.

Abad olmaz kafirlərə sayqınan,
Hücum çəkib o xeybərə toxunan.
Əzrana o Quranda oxunan,
Rza layətrayə bağışla məni.

Yatmışdır vayğada, olmadı zahir,
Tamam-qaffar olsun mürşüdi air.
Məmmədhüseyn deyər, ziyarətim var,
Ziyarəti-Kərbəlaya bağışla məni.