Bağışla məni günahkaram Allah

Bağışla məni günahkaram Allah! (1994)
Müəllif: RAUF CAVAD

Bağışla məni günahkaram Allah!
Yüklənib boynuma nə qədər günah!

Çağırır gör kim köməyə Allahı!
Zülm edir, bilmir ki, nədir günahı?!
Tutacaq zalımı məzlumun ahı!
Qurulacaq Məhşər günü, siyahı?!
Həqqin istər o günü hamı Vallah!

Gərək düşünə insan öz əməlin!
Yoxsa ödəyər pis işin bədəlin!
Gör Allah nə deyir, vicdana gəlin!
İman gətirib düzgün həm düzəlin!
İnsaf edin hamıya, olmasın ah!

Nə qədər peyğəmbər gəlib kimlərə!
Desin ki, mehriban olun bəşərə!
Hakim kəsilin qəzəbə-qəhərə!
Ümid yox fani ömür-gün səhərə!
Düşünün ki, əqliniz olsun agah!

O gün məhkəmə qurar sorğu-kitab!
Adəm övladı gəl ver indi cavab!
Vay o günə olmaya əldə savab!
Verilər pis əmələ əzab xitab!
Edin ibadət ağıldır qibləgah!

Yaxşılıq edən eşidər şad xəbər!
Daxil ol cənnətə mələklər deyər!
Tərəddüd edər ürəklər sevinər!
Utanar az yaxşı əmələ kimlər?!
Edin itaət Raufdur səcdəgah!