Bağışlar
Müəllif: Xəstə Bayraməli
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

  
Yaxşı adam yaxşılığı itirməz,
Əlin hörmətini ələ bağışlar.
Mərd adam göz diksə dünya malına,
Namərd qeyrətini pula bağışlar.

Qartalın duruşu vüqardı dağa,
Pərvanə müştaqdı oda yanmağa.
Sərçələr dən üçün tökülsə bağa,
Bülbül öz qanını gülə bağışlar.

Bayraməli dönüb qəm sirdaşına,
Başı çox dəyibdi əhləd daşına.
Adam var töhmətdi elin başına,
Adam var ömrünü elə bağışlar.