Bağı yandırır

Bağı yandırır
Müəllif: Qaracaoğlan
Tərcümə edən: Nazim Zeynalov

Ay ağalar bir od düşdü başıma,
Bir ah çəksəm dağı, daşı yandırır.
Qərib bülbül qonar gül budağına,
Bülbülün fəryadı bağı yandırır.

Sabahdan uğradım yarın səsinə,
Saçları tökülmüş ağ sinəsinə,
Nə gizlənirsən bağın kölgəsinə,
Üzünün şöləsi bağı yandırır.

Qaracaoğlan deyər, gənclik çağımda,
Arzularım qaldı köksün ağında,
Seyrana çıxmışdıq sevda bağında,
Yolunu itirir bağı yandırır.