Bağımız
Bağımız Müəllif: Çıldırlı Aşıq İrfani |
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şeirləri, haqqındakı dastan-rəvayətlər), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2016 |
Bizdən salam olsun eşə, yarana,
Qəmə təbdil oldu ülfət çağımız.
Pərakəndə düşdü gönül bülbülü,
Orda qaldı bostan ilə bağımız.
Hasut çoxdur, fitnə qalxmaz aradan,
Alnımıza böylə yazmış yaradan,
İş təqdirin, qismət qalxdı buradan,
Ya suyumuz çəkər, ya torpağımız.
Başına döndüyüm yaradan Qani,
İgid ölsə qalır ad ilə şanı,
Çox da təlaş etmə Xoca İrfani,
Tərlana muqabil olur zağımız.