Bağın gülü, yaban gülü, açıl yanağın görsünlər
Bağın gülü, yaban gülü, açıl yanağın görsünlər Müəllif: Baki Tərcümə edən: Adilə Nəzər |
Bağın gülü, yaban gülü, açıl yanağın görsünlər,
Sallan sərvi boyu, yeri nazı-ədanı görsünlər.
Mənim bu dəvasız könlüm qapında düşdü o dərdə,
Necə bir dərdə mübtəla oldu, bu dili-bimarı görsünlər.
Açıldı dağlar sinəmdə, öz yaxamı parçaladım,
Məhəbbət gülşənində açılan gül-narı görsünlər.
Teni-zarımda qabırğam sayılır bax bir-bir,
Məni seyr etməyən əhbab müsikarı görsünlər.
Gözəllər mehriban olmaz, demək yalnışdır, ey Baki,
Olsa da illahi-billahi, həmən yalvarı görsünlər.