Bağlama
Bağlama Müəllif: Çoban Əfqan |
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014. |
Əvvəl salam olsun, Şikəstə qardaş!
Oxu, bu kağızın qarası nədir?
Təbibimsən dəva elə dərdimə,
Aç gör ürəyimin yarası nədir?
Gecələr sübhədək asıllam dardan,
Könül əl götürməz bu ahu-zardan.
Ölləm, ayrılmaram vəfalı yardan,
Axtar gör işlərin çarası nədir?
Bir tuti dillidir, qaməti düzgün,
Yanağı lalədir, baxışı süzgün.
Fikirləş, çarə qıl bu işə gizlin,
Əfqanın dərdinin davası nədir?