Bağrımnı dəlür navəki-hicrani-filani

Bağrımnı dəlür navəki-hicrani-filani
Müəllif: İmadəddin Nəsimi


Bağrımnı dəlür navəki-hicrani-filani,
Qanımnı tökər sehr ilə çeşmani-filani.

Başdan ayağa külli-vücudum oda yandı,
Yarəb, yaraya dərdimə dərmani-filani.

Şahın quluyam, eyləmişəm yüz kərə iqrar,
Bel bağlamışam bəndə bəfərmani-filani.

Sundum əlimi daməninə bəs ki, dutaydum,
Bağladı qapu, qoymadı dərbani-filani.

Billah, sərü can cümlə bəşükranə verərdim,
Gər olsa idim bir gecə mehmani-filani.

Ənbər saçılır, zülfünü gər şanə qılırsa,
Şəkkər tökülür əz-ləbü dəndani-filani.

Bu şəhri qoyub üştə gedər xəstə Nəsimi,
Bədnami-cahan oldu bədövrani-filani.