Başını top eyləgil, gir vəhdətin meydanına

(Başını top еyləgil, gir vəhdətin mеydanına səhifəsindən istiqamətləndirilmişdir)
Başını top eyləgil, gir vəhdətin meydanına
Müəllif: İmadəddin Nəsimi


Başını top eyləgil, gir vəhdətin meydanına,
Ey könül, müştaq isən gər zülfünün çövkanına.

Aşiqin qanilə oynar dilbərin simin əli,
Ey yalançı aşiq, əbsəm, girmə canın qanına.

Çəkməyən eşqin bəlasın, görməyən hicrin qəmin,
Dərdi dərmansızdır anın, çarə yox dərmanına.

Canını qurban edəndir yar içün gerçək şəhid,
Səd həzaran rəhmət olsun ol şəhidin canına.

Zülfünün sirrin nə bilsin zahid, anı sor mana,
Gər əsir olmaq dilərsən zülfi-canəfşanına.

Gəl niqabın tərfini gülgün yanağından götür,
Ta gülüstan gülməsin ayruq güli-xəndanına.

Xubların bağında çoxdur fitnəli nərgis, vəli
Fitnəlik xətm oldu anın nərgisi-fəttanına.

Lə’lü mərcandır dodağın, lö’löi-dürdür dişin,
Afərin şol bəhri-kanın lö’löi-mərcanına.

Kirpiyin navək oxudur, qaşların çaçi kəman,
Uğramaz aşiqdən özgə şol oxun peykanına.

Ey Nəsimi, gər sözün mə’nisi bipayan deyil,
Neçin irməz kimsənin fikri onun payanına.