Başına dolandı

Başına dolandı
Müəllif: Varxiyanlı Aşıq Məhəmməd
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Xəbər gəldi, şah qoruğu talandı,
Xəstə cismim yar başına dolandı.
Ört üstünü, gizlət onu amandı,
Qəzəbnakdı, elər qan məmələrin.

Əsli olan kimsə özünü öyməz,
Arası meydandı, baş-başa dəyməz,
Şəstinə qərrahdı, şaha baş əyməz,
Baxar bir-birinə yan məmələrin.

Sinən dağdı, Savalanın qarıdı,
Məmən şuxdu, Gürcüstanın narıdı,
Aşıq Məhəmmədin yadigarıdı,
Amanat can sənin, can məmələrin.