Başına dolandığım (Aşıq Hüseyn Bozalqanlı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Başına dolandığım Müəllif: Aşıq Hüseyn Bozalqanlı |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Səhər-səhər çıx qarşıma,
Dur, başına dolandığım!
Oğrun gözlə, qıyqaçı bax,
Gör, başına dolandığım!
Tellərin dönüb kəməndə,
Gözəllər olub sərməndə,
Qara saçı dal gərdəndə,
Hör başına dolandığım!
Hüseyndən aldın canını,
Apardın din, imanını.
Əsirgəmə müjganını,
Vur, başına dolandığım!