Baş endirir
Müəllif: Aşıq Ələsgər
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Ələstidən «bəli» deyən
Sübhana baş endirir.
Məhəmmədə nazil olan
Qur'ana baş endirir.
Özü birdi, adı minbir,
Vəhdəhuəl-laşərik;
Əhli-mömin körə bilməz,
Pünhana baş endirir.
 
Ölməyincə bu sevdadan
Cətin dönəm, usanam;
Həqiqətdən dərs almışam,
Təriqətdən söz qanam.
Şahi-Mərdan sayəsində
Elm içində ümmanam;
Dəryaların qaydasıdır,
Ümmana baş endirir.

Biçarə Aşıq Ələsgər,
Olma elmə nabələd;
Danışanda doğru danış,
Sözün çıxmasın qələt.
Çox qazansan, az qazansan,
Beş arşın ağdı xələt;
Mal-dövlətə baş endirən
Əfsana baş endirir.