Baş götürüb gedim hansı diyara
Baş götürüb gedim hansı diyara Müəllif: Əndəlib Qaracadaği |
Necə rəva gördün, ey mələkzada,
Döndün aşinadan, dil verdin yada.
Dərdə tabım yoxdur bundan ziyada.
Baş götürüb gedim hansı diyara?!
Əzizim, bu du yara,
Yol düşdü bu diyara,
Gəlsə loğman sağalmaz,
Sinəmdəki bu yara.
Yetəsən məzarıma,
Deyəsən: budu yar a!...