Baş qoyub dərgahına pabusdən etdi mültəməs

Baş qoyub dərgahına pabusdən etdi mültəməs
Müəllif: Matəmi

Baş qoyub dərgahına pabusdən etdi mültəməs,
Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.

Başumi yastınmaq üçün, ey güli-baği-camal,
Balişi-rəhmət gəlür kuyində olan xaru-xəs.

Kövkəbi-burci-şərəfsən, ey kəmanəbru, saqın,
Kim irişür, mehrü-mahə tiri-ahim hər nəfəs.

Qayib olalı nəzərdən abi-heyvanəm bənəm,
Həsrətindən əşki-çeşmim oldi ceyhunü-ərəs.

Ey Xizr, abi-bəqa nuş eyləsən kim «Matəmi»,
Zəhri-qəmdən nuş daruyi-əcəl qıldı həvəs.