Bahalıq (Mirzə Əli Möcüz)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bahalıq Müəllif: Mirzə Əli Möcüz |
Yaran, başuz sağ olsun, çay çox giran olubdur,
Girvənkəsi otuz beş sahibqıran olubdur.
Ponzasını satırlar altı qırana qəndin,
Kişmişlə dadı qaçmış ol çayi-dilpəsəndin.
Rəngü-rüxü solubdur çaydani-dərdiməndin,
Qənddani-binəvanın qəddi kaman olubdur.
Dad vermiri ağızda şiriniyi-cəvanmərg,
Əndamı, təhri, təmi, hər zadı misli gerçək.
Yox bir nəfər desin ki, bəsdir bu çaydan əl çək.
Bain həmə qurumsaq İranda xan olubdur.
Dünyanı əhli-məğrib döndərdi Kərbalayə,
Dəva bir az da sürsə başım keçər cidayə,
Biçarə zərli fincan həsrət qalıbdı çayə,
Əttövbə, tövbə, yaran, axir zəman olubdur.