Bahar irişdi yenə yer geyindi hüllə bu gün

Bahar irişdi yenə yer geyindi hüllə bu gün
Müəllif: Qazi Bürhanəddin


Bahar irişdi yenə yer geyindi hüllə bu gün.
Süciyə and içənə vacib oldı hüllə bu gün.

Bir oba olmaya ki, anda çalğu yox bu nəfəs
Cəhanda süci içilməz qanı məhəllə bu gün.

Əsiri-eşqdurur cəvq-cəvq bülbüllər,
Geyiklər əsriyibən oldı gülə, güllə bu gün.

Gözüni qüdrəti-Allaha taldurursan sən,
Səvaba dönə əlündən gəlürsə zəllə bu gün.

Kəlal bulma, nigara, bənüm inildümdən,
Bəharü eşq ilə qızmışdurur kəllə bu gün.