Bahar oldu
Bahar oldu Müəllif: Mirzə Əli Möcüz |
Nә yatmısan, dur, ey saqi, ki, yay misli bahar oldu,
Bulut od yağdırır dünyayә, alәm tarü mar oldu,
Dolu qoydu kәmanә topların, atdı biyabanә,
Xiyarın ixtiyarı getdi әldәn biqәrar oldu.
Nә qarpız qaldı bostanda, nә gәrmәk, ah va veyla!
Kәdu, pәncәr vә gәrmәk dә tәmamәn zәxmidar oldu.
Üzün tutmuş göyә bostançı, söylәr: Ey rәhim allah!
Çuvallar qaldı boş, mәn boşlu, karim ahü zar oldu,
Sitәmkari, görüm, tari özü salsın yaman dәrdә,
Sәbәb bu dәrd-bidәrmanә çәrx kәcmәdar oldu.
Xiyarә vurdu min yarә fәlәk, şәrrin bilirsizmi?
O da çün qoydu kakil başә, bu dәrdә düçar oldu.
Nә qarpız şad olur bu әsrdә, Möcüz, nә xәrbuzә,
Vә gәrmәk xar olub qaldı, qәribә ruzigar oldu.