Bax (Növrəs İman)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bax Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 27 |
Bir "kün" deyib, bu dünyanı xəlq edən,
Nəzər eylə, sən bir bu zamana bax.
Belə zəlalətdə qalmışam nədən,
Olmuşam yad eldə mən əfsana bax.
Gedib ərş üzündə merac eyləyən,
Dəryayi-rəhməti bir-bir boylayan,
Haqqilən danşıb, kəlmə söyləyən,
Sən də mənim təki bir cavana bax.
Dar gündə ümidim, ya Şahi-Mərdan,
Yusifi Misirdə qurtaran dardan,
Nitq ver, meydanda qoyma sərgərdan,
Bir günahkar qulun bu İmana bax.