Qul Qaranı:
Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,
Hər sabah tezdən ərşə çəkilən ol karvana bax.
Dəryada mah, yerdə murğu, hamı onun əmrindədi,
Dünya heç kəsə qalmadı, hanı, Süleymana bax.
Xəstə Hasan:
Bizi yoxdan var eyləyən ol Tanrı sübhana bax,
Abı, ataş, xaki, baddan xəlq olan insana bax.
Adəmi sakin eylədi cənnəti İrizvana,
Onların qəsdi-qərəzi ol ləin şeytana bax.
Qul Qaranı:
İbrahim ki, İsmayılı apardı Ərəfətə,
Dedi: Ata, qolum bağla, sallam səni əzyətə.
Xışmla bıçağı çəkdi ol Həcərül Əsfətə,
Kim göndərdi, kim gətirdi ol qoçu qurbana bax!
Xəstə Hasan:
Hax taladan nida gəldi, “İncil” endi İsaya,
“Zabur” Davuda verildi, abu “Tövrat” Musaya.
Məhəmməd durdu qıvlaya, Məryəm girdi kilisaya,
Məhəmmədin hümmətinə oxunan Qurana bax!
(Aşıq İsgəndər Ağbabalı variantı)