Bu dünyaya gələn bəşər,
Lətifi qurana bax.
Seymin yeddi yüz təyəmmüm elədi,
Bir gecə mehmana bax.
Nuh gördü heyrət etdi,
Xızırda oldu qonaq.
Aləmə lərzə düşdü,
Bu gecə tufana bax.
İftida mürsəl Məhəmməd,
Fəulatın-fəulat.
Padşahın yekti cahan,
Həm vəkili kainat.
Mustafadan-muştabatdan,
İstərəm ondan nicat.
Çağırram Xeyrəl-nişanı,
Şafeyi dövrana bax.
Şahi-Mərdan Şiri-Yazdan,
Heydarı Düldülə suvar.
Həm mərifət, həm təriqət,
Bəxş edib Pərvərdigar.
Ayeyi kəlmə içində,
Şanı-şövkət onda var.
Müstəqimnən əmri maarif,
Lətifi Qurana bax.
Dadeyi pələng badə içdim,
Mən fani saqidən.
Lafəta tilsim oxuyub,
Hanı Xeybər dağıdan.
Qıl şəfaət şahlar-şahı,
Qurtar bizi yağıdan.
Agah ol Məmmədhüseyn,
Ol Şiri-Yazdana bax.