E Bayatılar. F hərfi ilə başlayan bayatılar
Müəllif: Şifahi xalq ədəbiyyatı
G
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Bayatılar. Bakı, 1995


Fələyin dad əlindən,
Olmuram şad əlindən
Bağlar xəzələ döndü,
Töküldü bad əlindən.

Fələyin qəhri mənə,
Heç gəlməz rəhmi mənə.
Aləmə şərbət verdi,
İçirtdi zəhri mənə.

Fələyin öz əlindən,
Açmadım göz əlindən.
Kimə edim şikayət,
Bəxtimin əzəlindən?

Furun üstünə kürək,
Yandı, yaxıldı yürək,
Hər dərdlərə dayandun,
Buna da dayan görək.