Bayatılar (Aşıq Abbas Dəhri)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bayatılar
Müəllif: Aşıq Abbas Dəhri
Mənbə: Qara Namazov. "Ozan-aşıq sənətinin tarixi" (PDF) (az.). AMEA Folklor İnstitutu. 2013. 2016-04-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Hər gələn özün bilməz,
Danışar, sözün bilməz,
Bulaqdan su doldurar,
Çeşmənin gözün bilməz.
 
Əziz oğlum, qoy qalsın,
Doldur qəlyan, qoy qalsın,
Sözün keçməyən yerdə,
Ürəyində qoy qalsın.