Bayatılar (Abdulla Padarlı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bəyənməz
Müəllif: Abdulla Padarlı
Mənbə * [1] Paşa Yaqub. Padar şəndinin ensiklopediyası. Bakı,2012. səh. 96

Köynəyim dardı mənim,
İşim ahu-zardı mənim,
Abudllah yalan deməz:
Kəbəm Padardı mənim.

Kür üstundə kənd olu,
Dörd tərəfi bənd olu,
Yarın acı sözləri
Abdullaha qənd olu.

Qaranquş yuva bağlar,
Yurd salar, yuva bağlar,
Abdullah ah çəkmədən
Axırda hava bağlar.

Abdullah, apar indi,
DüĢmanlar tapar indi,
Sən öldün, mən ölmədim,
Qiyamət qopar indi.

Abdullah, məzə dərdə,
Can gərək dözə dərdə.
Həkim ona deyrəm,
Dərman görkəzə dərdə.

Bu dağları qarısın,
El-obaya yarısın,
Abdullah, yaxĢı dostu,
Nə ölsün, nə qarısın.