Bayatılar (Kərbəlayi Qurban Məhəmməd oğlu)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bayatılar
Müəllif: Kərbəlayi Qurban Məhəmməd oğlu

Ani imiş bu dünya,
Fani imiş bu dünya,
Dost bildim, canım aldı,
Cani imiş bu dünya.

Xoruz xumar çağırar,
Gözün yumar,çağırar.
Hərə öz istəklisin
Tumar-tumar çağırar.