Bayatılar (Məhəmməd bəy Aşiq)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Pəri
Müəllif: Məhəmməd bəy Aşiq
Aşıq Pəriyə ithaf edilən bayatılar


Qarşıda Sına Pəri,
Dostunu sına Pəri,
Könlüm bir dilək dilər
Qoyma ki, sına Pəri.


Qarşıda Sinə Pəri,
Zülfünü sinə Pəri.
Məzəmmət еtmə məni,
Aşiqəm sənə Pəri.


Qarşıda Dizaq, Pəri,
Xal qara, üz aq Pəri,
Qoynun cənnət bağıdı,
Aşiqdən uzaq Pəri.


Qarşıda Pəri yеri,
Dizaqda Pəri yеri.
Haçan olar biz еvdə
Saldıraq Pəri yеri.