Bayatılar (kəkliklə bağlı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Bayatılar Müəllif: Portal:Şifahi xalq ədəbiyyatı |
Qadan canıma, a kəklik,
Dur gəl yanıma, a kəklik.
Xınalı barmaqların
Batır qanıma, a kəklik.
Kəkliyin səkər gedər,
Tükünü tökər gedər.
İki könül bir olsa,
Yolları sökər, gedər.
Kəklik gördüm, boz, ala,
Qaşdar qara, göz ala.
İgid ona demişəm,
Sevdiyini tez ala.
Kəklik daşda nə gəzir?
Qələm qaşda nə gəzir?
Yarı gözəl olanın
Ağlı başda nə gəzir?