Bayat Cəfərin Telimxana cavabı

Bayat Cəfərin Telimxana cavabı
Müəllif: Bayat Cəfər
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Məndən salam olsun türkmən Telimə
Haqqı şəriətdən gəl, xəbər verim:
Əmr oldu İbrahim düzəltdi Kəbə
Külli şiə üçün gülzan nəim.

Haq bir dəfdər tutub, dəxi tutulmaz,
Xızr evidir heç qapısı bilinməz.
Sur sazıdır gündə - gündə çalınmaz
Laməkanda qərar tutub ol Kərim.

Əshabi-kəhf zühn olindən getdilər,
Neçə müddət kəhf içində yatdılar.
Adı getmir kəlb olara qatdılar
Olan oyatdı sübhani-əzim.

Mustafadır laməkana getdilər,
Cəbrayıldır ona bələd qatdılar.
Səcdəyə gəlmədi tövq uzatdılar
Qaçdı fərar etdi şeytani-leim.

O qələmdir nəfəsi yox, var dili,
Beş vaxtda namazdır bağı, bülbülü,
Qırx səkkiz həftəmiz üç bayram güli
Bayat Cəfər Allah yolunda sərim.