Beş il sonra
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad (2005). Seçilmiş əsərləri (az). Şərq-Qərb. Orijinal mənbədən 2018-09-27 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-27.

“Ay qardaşlar, verin, verin!
Əvəzini Allah versin!”
Əlində bir bağlı yaylıq,
Qucağında on bir aylıq;
Bir uşağı bir müəllim -
Gəzdirərkən görüb dedim:
- Kimə məxsus bu ianə?
- Qucağımda uyuyanə;
Babasım vərəm aldı,
Müəllimdən bir bu qaldı!