Beşi nə (Növrəs İman)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Beşi nə
Müəllif: Növrəs İman
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13.

 
Yeddi “lam” seçmişəm ayeyi-Quran,
Biri “əlif”, biri “bey”di, beşi nə?
Yeddi kimsənədi məxluqa pənah,
Biri Allah, biri Əli, beşi nə?

Könül, qafil olma, axtar, a yazı,
Təbib olan dərdə dərman, a yazı.
Yeddi mələk aləmlərdə, a yazı,
Biri ölüm, biri dirim, beşi nə?

Novrəs İman, nə düşübsən gümana,
Özünü qərq etmə dərya, ümmana.
Yeddi şeydi vacib olan insana,
Biri günah, biri savab, beşi nə?