Be həmdulla, be həmdulla, bu gün işrət qərar olmuş
Be həmdulla, be həmdulla, bu gün işrət qərar olmuş (1911) Müəllif: Mirzə Bəylər |
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01. |
Be həmdulla, be həmdulla, bu gün işrət qərar olmuş,
Kəmini bəyləyin səyyad seydinə düçar olmuş.
Həzaran həsrəti çəkmiş vəfalı müntəzir gözlər,
Aralıqda bulub yetdi murada iftixar olmuş.
Bu günkü işrət, ey saqi, rəqibə baisi-nikbət,
Həsudun qəlbi-napakı qamuya aşkar olmuş.
Gələn günlər dəxi xoştər, gül ey mərdana irşadım,
Nəsib olsun bu dərgaha qədimi piyadar olmuş.
Nədir cəli, nədir xatun, əcəbmi məst olub kitab,
Yazar Mirzəyə bir ünvan, həqiqi can nisar olmuş.