Belə bax
Belə bax Müəllif: Çoban Əfqan |
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014. |
Kazım ağa, niyə mat-mat baxırsan,
Bizimkidir daha dövran belə bax.
Yadındamı yorğanımı aldığın,
Daha bəsdir, indi də sən ələ bax.
Sürülərin axır oldu el malı,
Talamağa gücün çatmaz mahalı.
Bir az əvvəl geyinirdin al-şalı,
Şirin canın üryan qaldı, elə bax.
Altı nökər, bəs etmirdi həyətə,
On ikisin saxlayardın pəyədə.
Nə demişdin bizim yazıq Sayada,
Di tap gətir, onda olan dilə bax.
Çoban Əfqan indi olub xan Əfqan,
Bu dövrana qurban eylər can, Əfqan.
Gördün, düz deyibdir hər zaman Əfqan,
Çörək üçün yaba, kürək, belə bax.