Benamaz
←Yaylağında | Benamaz Müəllif: Ululu Kərim |
Dağlar→ |
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05. |
İstədim ki, bir bağ salam, oturam,
Burdan gəldi keçdi, bir yol benamaz.
Bir bağça bəslədim, barın yemədim,
Səbəb ona su bağladı, benamaz.
Köç-köç edib bu dünyadan köçəndə,
O dünyada ağ şərbətin içəndə,
Altı polad qıl körpünü keçəndə,
Onda kimdi havadarın, benamaz.
Köçün uymaz köçənlərin köçünə,
Halın o dünyada necə keçinə,
Səndən bir muy düşdü dərya içinə,
Nəhəngləri zara getdi, benamaz.
Adəmdən olmusan, yoxsa insandan,
Ölərsən bir günü olarsan candan,
Yeddi ev o yandan, yeddi bu yandan,
Atəşinə yandırarlar, benamaz.
Gəl vacibat öyrən, bəlalı dilim,
Əcəldə mürvət yox, qorxuram ölüm,
Bu sözləri dedi Ululu Kərim,
İnanmırsan çat namaza, benamaz.