Beytlər, üçlüklər və dördlüklər

Beytlər, üçlüklər və dördlüklər
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Ovçu bilməz, xəyalının öz səsidir,
Öz qəlbinin, öz eşqinin nəşəsidir?!

Bu səs bəzən bir quş olur,
Bir budağa qonmuş olur,
Ötür yoncalı bağda!
Bezən baxarsan bir maral,
Əndamının hər yeri xal,
- Gəzər dumanlı dağda!..

İlk baharın ilk nəfəsi,
Coşan eşqin bir həvəsi;
Nə olursa, olsun adı,
Səsdir ruhumun qanadı!
Ancaq mənim duyduğum səs,
Bu səslərə heç bənzəməz.