Bilər
Bilər Müəllif: Tikmədaşlı Xəstə Qasım |
Mənbə: Sədnik Paşa Pirsultanlı. "Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi" (PDF) (az.). Azərnəşr. 2011. İstifadə tarixi: 2018-08-06. |
Oyandı sünbüllər, səcər gətdi bar,
Orda min bəşər var, yeddi sin bilər.
Bu yazan ustanın nə xoş xətti var,
Yazıbdı mim üstə, yeddi sin bilər.
Sevdicəyim övliyalar vəlidi,
Sərrafın dəstində dürdü, ləl idi.
Mənim fikrim-zikrim gözəl Əlidi,
Ər odur ki, mehdin yeddi sin bilər.
Mən Xəstə Qasımam yeddi sin billəm,
Bir aya oxuram, yeddi sin billəm.
Bir qafı oxuyaram, yeddi sin billəm,
Söz odur yeddinin yeddi sin bilər.