Bilginən (Aşıq Bəsti)

Bilginən
Müəllif: Aşıq Bəsti
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005 (az). Orijinal mənbədən 2010-09-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-06.

Yaxşı tanı Ələsgəri, Qurbanı,
Neçə belə nər aşığı bilginən.
Qiymət qoysan gəraylıya, qoşmaya,
Nəzmindəki yaraşığı bilginən.

Vaxtsız daşım qurbət elə atıldı.
Nə dərd desən mənim üçün tapıldı,
Ağlamaqdan gözlərim də tutuldu,
Getdi gözün nur ışığı bilginən,

Heç bilmirəm nələr yatır sinəmdə,
Mən çəkəni, çəkməz, Əsli, Kərəm də,
Şirin can çürüdü möhnətü-qəmdə,
Bəsti görüb Sənan Dağı, bilginən.