Bilin (müxəmməs)
Bilin (1940) Müəllif: Aşıq Hüseyn Bozalqanlı |
Mənbə: "Ozan dünyası" jurnalı. №1(1), 2010. səh.72 |
Səhər durur kolxozçular
Tarlaya katan aparır,
Qəprətivə gələn malı
Kölgədə yatan aparır,
Növbədəki durub baxır
Qarzınka atan aparır,
Artıq çıxan qazanc pullar,
Özünə cibistandı, bilin.
Oxuyub, təlim alıb,
Qanundan çıxmaq necədi?
Bir süfrədə çörək kəsib,
Ona kəc baxmaq necədi?
Qızıl üzüyü anlamazın
Barmağına taxmaq necədi?
Hüseyn deyər, canavarı
Qoyuna buraxmaq necədi?
Batində yırtıcı qurd,
Zahirdə çobandı, bilin.