Bilirəm (Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bilirəm (Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm)
Müəllif: Cəfər Cabbarlı


"Zəhlə töküb yazma " - deyənlərə

Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm,
Məni əfv et, yazıram hərzəvü-hədyan, bilirəm!

Nə ədibəm, nə mühərrir, kişi, şair deyiləm,
Şüəra və üdəbalar kimi mahir deyiləm.
Ciddi yazmaqla Hadi, gülgüdə Sabir deyiləm,
Xamədən dürrü-gövhər tökməyə qadir deyiləm.
Yazıram çünü-cəra, hərzəvü-hədyan, bilirəm,
Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm!

Mən də az-maz bilirəm yazmağı, bir pürhəvəsəm,
Çün neçə sahibi-xamə ilə mən həmnəfəsəm.
Məcburam töhmətin ilə səsimi mən də kəsəm,
Məni əfə eylə, itaət sözünə eyləməsəm.
Mən də çün-çün yazmağıma yoxdu bir imkan, bilirəm,
Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm!