Bilirəm günahkaram, düşünməyə Quran, əqlim var
Bilirəm günahkaram, düşünməyə Quran, əqlim var (1995) Müəllif: RAUF CAVAD |
Demirəm ki, kimdənsə ağıllıyam, cahan əqlim var!
Deyirəm məndə gövhər var, veribsən şükran, əqlim var!
Bəzən susuram fəqət oyadır vicdan-insaf məni,
Bilirəm günahkaram, düşünməyə Quran, əqlim var!
Düzgün ümid niyyətimdir, əməlim çox pis, zəifdir,
Olmayan sözü deyirəm, nə yazıq toran əqlim var!
İşlər olub yalan, yaman dolanıb boğaza ilan,
Görürəm əməl pis, qanmıram, nə pis yaman əqlim var!
Tərif edib əqli Xuda, xəlq edib səs, səbir nida!
Edib əqlə sual? Verib əql cavab, soran əqlim var!
Əqli olan düşünər söhbəti, Əsli həqiqəti,
Tanrı əzəldən deyib Hikməti, de: qanan əqlim var!
Gərək Sahib olam Hikmətü dürr, yazı-naz-Nemətə,
Olam Həqqə yar, düşünüb şükr edəm Sübhan, əqlim var!
Şaha gəl ey əqlim, gözləyir səni sevgili Rauf,
Fəda et canı bədəndə, tərif et pünhan, əqlim var!