Bilmədim (Aşıq Abbas Tufarqanlı)

Bilmədim
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Yeridim, yeridim, yetə bilmədim,
Dərdü-qəm əlindən yata bilmədim.
Bir yorğun ovçuydum, tuta bilmədim,
Ovum qarlı dağlar aşdı da getdi.

Yaxşı olar el içində qul adı,
Çeşmim yaşı yar qapısm suladı.
Könül quşu göydə qanad buladı,
Qırdı şikar bəndin, uşdu da getdi.

Mən Abbasam, yalan gəlməz dilimə,
Qeyri bülbül qona bilməz gülümə,
Tərlan düşdü mən nadanın əlinə,
Ovlaya bilmədim, qaşdı da getdi.