Bilməm sərxoşmudur uyqudan qalxmış

Bilməm sərxoşmudur uyqudan qalxmış
Müəllif: Tamaşvaru Qazi Aşıq Həsən
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Bilməm sərxoşmudur uyqudan qalxmış
Daramış zülfünü gərdənə tökmüş
Bəyaz ellərine al xma yaxmış
Dedim öpüşelim, dedi ki, yox-yox.

Dedim selvi üedir, dedi boyumdur
Dedim ki, gözellik, dedi soyumdur
Dedim bu cilveler, dedi huyumdur
Dedim qonuşalım, dedi ki yox-yox.

Dedim ölüm yoxmu, dedi eynimde
Dedim öz vebalım, dedi boynumda
Dedim turunclann, dedi qoynumda
Dedim qoxlaşalım, dedi ki yox-yox.

Dedim yanaqlann, dedi gülümdür
Dedim kakilin, dedi sünbülümdür
Dedim Qərib Həsən, dedi qulumdur
Dedim sarmaşalım, dedi ki, yox-yox.