Bilmərəm (Aşıq Cəlil Dərələyəzli)

Olar
Müəllif: Aşıq Cəlil Dərələyəzli

 
Dedilər çatginən şana-şöhrətə,
Dedim çatmamışam, çata bilmərəm.
Dedilər ləzzət var arsız ömürdə,
Dedim görməmişəm, görə bilmərəm.

Dedilər sağlam gör görçək hər kəsi,
Dedim təbiblərlə etmərəm bəhsi.
Dedilər cənnətdir namərd kölgəsi,
Dedim yatmamışam, yata bilmərəm.

Dedilər ay Cəlil, gəl eyləmə naz,
Dedim rüzigara ərkim var bir az.
Dedilər mənliyin satmasan olmaz?
Dedim satmamışam, sata bilmərəm.