Bilməyə
Müəllif: Mehdiqulu xan Vəfa
Mənbə: Əli Umud oğlu Əliyev. Qarabağ ədəbi mühiti və Mir Möhsün Nəvvab. (Monoqrafiya). ADPU-nəş. Bakı-2016.

Оl dеyil şair ki, şеirin еhtiramın bilməyə,
Dəvayi-şеir еyləyə, amma məqamın bilməyə.

Pul təmənnasilə şеirin ərz еdə hər nakəsə,
Küçələrdə xar оlub, öz nəngü-namun bilməyə.

Şеir hikmətdir, bəsi alidi qədri şairin
Hеyf оla şair əgər qədrin, kəlamın bilməyə.