Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm Müəllif: Ağadadaş Sürəyya |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm,
Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
Meyi-gülfamı gətir, saqi, peya-pey bəzmə,
Gər həram olsa da mən anı həlal eyləmişəm.
Şəm tək hər gecə əbruyi-kəcin fikri ilə,
Əridib cismini, ey mah, hilal eyləmişəm.
Zövqi-ləlinlə girib gülşənə bəs ki, ey gül,
Eşqdə bülbüli-şuridəni lal eyləmişəm.
Ey Sürəyya, düşəni eşqinə ol mahvəşin,
Mərifət artinban, kəsbi-kamal eyləmişəm.