Bilməzsən (Şair Məmmədhüseyn)
Bilməzsən (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Elə mətahların xiridarı mənəm,
Sərf olsa hesaba çata bilməzsən.
Yük bağlasan bu cahanı gəzərəm,
Şahlar oylağından ötə bilməzsən.
Yoxladım elmini, bildim anlağın,
Ərəb-fars deyərəm tutmaz caynağın.
Sən çərçisən, get sat iynə-sancağın,
Elə bazarlara çata bilməzsən.
Çoxdu bu dünyada aşığın sanı,
Arif olan sözdən bir mətləb qanı.
Məmmədhüseyn tapar sərraf olanı,
Sən dürü mərcandan seçə bilməzsən.