Biməkanum bu cəhanda, mənzilüm, turağum anda

Biməkanum bu cəhanda, mənzilüm, turağum anda
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Biməkanum bu cəhanda, mənzilüm, turağum anda,
Sultanam ki, textü tacum hülle vü bıırağum anda.

Əyyubam, bu səbri buldum, Cərcisəm ki, bin gəz öldüm,
Bən bu mülkə tənha gəldüm, bikülli yarağum anda.

Bülbüləm uş öte gəldüm, dildə mənşur duta gəldüm,
Bunda müşküm sata gəldüm, keyigəm - otlağum anda.

Kİm nə bilə nə quşam bən, şol ay yüzə tutaşam bən,
Əzəlidən sərxoşam bən, içmişəm ayağum anda.

Dəliyəm, pəndi dutmazam, dəgme bir yerə getməzəm,
İşbu sözi eşitməzəm, velakin qulağum anda.

Sirr söz aşkərə dinməz, anda su oda göyünməz,
Dünü gün yanar söyünməz, bu bənüm çırağum anda.

Ben bu mülkə qıldum cövlan, yedi kərə urdum seyran,
Mühəmməd nurını gördüm, bənümdür mekanum anda.

Yunus bu fikrətə taldı, həp cəhanı arda saldı,
Vallahi, xoş ləzzət aldı, tolmışdur dimağum anda.